“HEYDƏR ƏLİYEV” PORTRETİNİN TƏQDİMAT MƏRASİMİ OLUB. VİDEO
- Admin
- May 6, 2018
- 1 min read
Updated: Apr 29, 2020
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə mayın 7-də Bakıda tədbir keçirilib.
Tədbirdə Ulu Öndərin Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov tərəfindən çəkilən portretinin təqdimatı olub.
Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin miqyası çox böyükdür. Xalqımız hər zaman onun xatirəsini uca tutur, hər an onu xatırlayır. Əlbəttə, bu gün ölkəmizin hər bir yerində Ulu Öndərin nişanələri görünür. Biz Ümummilli Lideri təkcə doğum günü ərəfəsində xatırlamırıq, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır.
Comments