Search

Azərbaycan Dövlət Rəsm Qalereyası. Emalatxanada Görüş


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 6 aprel 2017-ci il tarixindən “Emalatxanada görüş” adlı layihənin ikinci mərhələsinə start verildi. Bu mərhələ gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafı məsələlərinin, rəssamlarının bədii yaradıcılıq axtarışlarının, onların yaradıcılığındakı bədii tendensiyaların, üslub özəlliklərin, orijinal ideyaların müzakirəsi, araşdırılması və geniş auditoriyaya əyani surətdə təqdim etməyə yönəlmişdir.

Gənc sənətşünasların layihəyə cəlb edilməsində məqsəd onlarda təqdimat aparma və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir. Layihənin konsepsiyası gənc sənətşünasların iştirakı ilə tanınmış rəssamların emalatxanalarda iş prosesləri ilə yaxından tanış olmaq, canlı ünsiyyət və həmin mühitdə müzakirələrin aparılmasına təkan verməyi özündə ehtiva edir. Aprel ayında baş tutan görüşlər əməkdar rəssamlar Sakit Məmmədov və Hüseyn Haqverdiyevin emalatxanalarında keçirildi. Layihənin ikinci mərhələsinə gənc sənətşünasların iştirakı ilə baş tutdu.

Layihənin ikinci mərhələsinə gənc sənətşünaslardan Məhbarə Abbasova, Nərmin Kərimli, Rəsul Davudov, Sevil Zeynalova, Anar İbrahimov, Türkcahan Rzayeva, Firuzə Ağayeva da qoşulacaqlar. Gənc sənətşünaslar görüşlərdəki müzakirələrə dair öz fərqli baxışlarının nəticəsi olaraq esse, yazı və digər materiallar hazırlayacaqlar. Bu yazıların layihənin eyni adlı bloq səhifəsində (emalatxanadagorush.wordpress.com) yayımlanması nəzərdə tutulur.


1 view0 comments