top of page
Search

Əməkdar rəssam Sakit Məmmədovun doğum tarixidir

  • Writer: Admin
    Admin
  • Aug 4, 2015
  • 1 min read

Bakı, 5 avqust, SalamNews, Ş.Nəzərli. Azərbaycanın Əməkdar rəssamı, bir sıra mükafatlar və titullar sahibi Sakit Məmmədovun doğum tarixidir.


SalamNews -un məlumatına görə, Sakit Məmmədov 1958-ci ildə Neftçala şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirib. Hərbi xidmətdə olub. 1987-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsini fərqlənmə ilə bitirib.


Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


Sakit Məmmədov özülünü qoyduğu opalizm rəssamlıq məktəbi, üslubu ilə şöhrət tapıb. Opal daşında mövcud olan isti rəng çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut etməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib.


Sakit Məmmədovun yaratdığı opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssamın yaradıcılığı tərəfindən də davam etdiriləcək.


1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusiyada, İsveçdə, Ukraynada, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada, Gürcüstanda, Tatarıstan respubilkasında, Sinqapurda, Portuqaliyada sərgiləri keçirilib.


 
 
 

コメント


bottom of page